XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 08:21

Milli Məclis qərar verdi, Fəttah Heydərov vəzifə aldı
Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilib.
Strateq.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ növbəti plenar iclasın gündəliyinə daxil edilib:
Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər. Bundan əlavə, hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər. Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər”.
Qeyd edək ki, Milli Məclisin bu qərarı aprelin 14-də plenar iclasda səsə qoyulacaq.