XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2017 - 11:57

Müdafiə Nazirliyi: “Qoşunlarımız döyüş tapşırıqlarını icra edir” –VİDEO

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir: "Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər".