XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 15:40

Prezident daha 7 diplomat haqda qərar verdi – SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev bu gün bir neçə səfirin geri çağırılması haqda da sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncamlara əsasən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ölkəmizin Estoniyadakı səfiri,  Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, çili, Uruqvay Şərq Respublikasındakı, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri, Zakir Həşimov Azərbaycanın Qazaxıstandakı səfiri, Rəşad Məmmədov Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu, Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıblar.