XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyun 2017 - 19:24

Jurnalistdən şok iddia:"İvanişvilinin ürəyində problem yaranıb, o, Almaniyaya aparılıb"

Gürcüstanın sabiq Baş naziri, oliqarx Bidzina İvanişvili ürəyində yaranmış problemlə əlaqədar Almaniyanın Münxen şəhərində xəstəxanaya yerləşdirilib.

“Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze yazır ki, İvanişvili yaxın aylarda cəmiyyətdən tam təcrid olunacaq:

"Çünki istənilən xoş və ya bəd xəbər onun vəziyyətini daha da ağırlaşdıra və nəticədə o, iflic ola bilər".

Xatırladaq ki, son günlər Bidzina İvanişvilinin ağır xəstə olması barədə məlumatlar yayılır.

“Rustavi 2” televiziya şirkətinin baş direktoru Nika Qvaramiya da İvanişvilinin ağır xəstə olması barədə məlumat yaymışdı. Lakin İvanişvilinin nümayəndələri onun bu xəbərini yalan adlandırmış və hətta baş direktoru təhqir etmişdilər. Parlamentdəki çoxluğu təmsil edən deputatlar da teleşirkət rəhbərinin dediklərini cəfəngiyat adlandırmışdılar. Lakin onların heç biri Bidzina İvanişvilinin xəstə olması barədə suala cavab verməmişdilər.

Yalnız oliqarxın oğlu Bera İvanişvili “Facebook” səhifəsində bəyanat yayaraq atasının sağlam olduğunu, idmanla məşğul bildirmişdi.

Bütün bunlara baxmayaraq İvanişvili son günlər ictimaiyyət qarşısına çıxmayıb/Azertac