XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 23:35

Rusiya təhdid etdi, Avstraliya dərhal geri çəkildi –ABŞ-ın liderliyindəki koalisya ilk "çat"ını verdi

Rusiyanın "Suriya üzərindən uçan bütün hava cismləri hədəfimiz olacaq" xəbərdarlığından sonra ABŞ-ın liderliyi altındakı İŞİD-ə qarşı koalisyada "çat" yaranıb.

Strateq.az xəbər verir ki, Avstraliya Rusiyanın bu təhdidindən sonra İŞİD-ə qarşı koalisyanın tərkibindəki bütün uçuşları dayandırdığını bəyan edib.

Xatırladaq ki, ABŞ dünən Suriyaya məxsus qırıcı təyyarəni vurub.

Bundan sonra Rusiya Müdafiə Nazirliyi ABŞ-ın bu hərəkətini hərbi hücum sayıb və sərt xəbərdarlıq edib:

"Bu hadisə həm də ABŞ-ın Suriya üzərindən uçuş təhlükəsizliyi haqda anlaşmanın pozması deməkdir. Odur ki, bundan sonra Rusiya Suriya sərhədləri daxilində uçan bütün cismləri hədəf olaraq qəbul edəcək".

Rusiyanın bu təhdidi isə artıq öz effektini verib. 

Strateq.az