XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2017 - 12:38

Səudiyyə kralından qəfil qərar- Varisini dəyişdi

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbduləziz Əl Səud iyunun 21-də öz varisini dəyişib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əvvəlki varis Məhəmməd bin Naif Əl Səudu kralın 31 yaşlı oğlu Məhəmməd bin Salman Əl Səud əvəz edib. O, həmçinin baş nazirin birinci müavini vəzifəsinə təyin olunub, eyni zamanda, müdafiə naziri postunu əlində saxlayıb.

Kralın fərmanına əsasən, şahzadə Məhəmməd bin Naif Əl Səud varis titulundan məhrum edilməklə yanaşı, baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də uzaqlaşdırılıb.

Məhəmməd bin Salman qərb informasiya agentliklərinə verdiyi müsahibələrində ölkəni neft asılılığından çıxarmaq niyyətində olduğunu dəfələrlə bildirib. “Bloomberg” agentliyinin məlumatına əsasən, o, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrinin Qətərlə hazırkı qarşıdurmasında əsas simadır. Həmçinin müdafiə naziri olaraq, Yəməndə husi üsyançılarına qarşı hərbi əməliyyatları kurasiya edir.