XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 08:09

Azərbaycan Çinlə yeni müqaviə bağladı

Bu gün Pekində Azərbaycan-çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

Strateq.az AzerTac-a istinadən xəbər verir ki, komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.

İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.

Sonda iclasın protokolu imzalanıb.

Səfər çərçivəsində Azərbaycanın və çinin müvafiq dövlət qurumları arasında ikitərəfli görüşlər keçirilib.