XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2015 - 08:48

“İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar…” – Çavuşoğlunun qəfil Bakı səfərinin sirri

Xəbər verdiyimiz kimi, Türkiyənin Xarici İşlər naziri Mövlud çavuşoğlu bu gün Bakıya səfər edəcək.

Strateq.az-ın məlumatına görə, səfərlə bağlı fikirlərini bölüşən tanınmış politoloq Elxan Şahinoğlu deyir ki, Türk nazirin qəfil Bakı səfərinin bu günə təsadüf etməsi səbəbsiz deyil:

“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir. Qətiyyət o demək deyil ki, Azərbaycan XİN təyyarənin vurulmasında Türkiyəni mövqeyini müdafiə edən bəyanat yaysın. Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda, bu rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar.

Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla Rusiya diplomatiyasını və hərbi maşınını Azərbaycana qarşı istifadəyə həvəsləndirəcək. Türkiyənin Xarici İşlər nazirinin Bakıya səfəri İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar…”.