XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 16:20

İctimai nəqliyyatda ödənişyeni üsulla olacaq

Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək.

Bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.

Bu kartların balansı “elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək.

Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.