XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 11:10

“Təəssüf ki, Türkiyə-Rusiya əlaqələri gərginləşib” – Prezident Administrasiyasından reaksiya
prezident-aparati.jpg
 
“Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib”. 
 
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi “twitter” səhifəsində yazıb. 
 
N.Məmmədov deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir: “Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır”.