Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Şəhər Polis İdarəsinin rəisi təyin edilib(Azvision.az).
Qeyd edək ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.