XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 İyun 2017 - 23:26

Rəsmi Berlindən şok qərar –Almaniya Türkiyənin "İncirlik" bazasından çəkilir

"Almaniya Hərbi Hava Qüvvələrini (HHQ) "İncirlik"dən çıxarmaqda qərarlıdır".

Almaniya Bundestaqı ölkə Hərbi Hava Qüvvələrinin Türkiyənin "İncirlik" aviabazasından çıxarılması haqqında qərarı təsdiqləyib.

Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib.

Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Fikri İşık bildirmişdi ki, rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir.

Nazir qeyd edib ki, Ankara heç kimə Türkiyəni İŞİD terror qruplaşması ilə mübarizəyə zərər vurmaqda ittiham etməyə imkan verməyəcək/trend