XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2015 - 12:10

Baş Prokurorluq Nardarandakı atışmalarla bağlı araşdırmalara başladı

Baş Prokurorluq Nardaranda polis və bir qrup dindar arasında yaşanan insidentlə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və bir neçə tərəfdarının həbs edildiyi bildirilir.

Silahlı insident zamanı ölən və yaralananların da olduğu istisna edilmir.