XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2015 - 12:14

Prezident Baş direktorla bağlı sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  

Strateq.az xəbər verir ki, sərəncamla İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilib.