XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 11:07

Prezidentlərin təkbətək görüşü başladı:"Bizi gələcəkdə daha yaxşı və gözəl nailiyyətlər gözləyir"

Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var.

Bunu Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə təkbətək görüşündə deyib.

Moldova Prezidenti bildirib:

"Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur".

İ.Dodon qeyd edib ki, Moldovada çox böyük Azərbaycan diasporu var:

"Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir".

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.

Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.