XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2017 - 14:30

Azərbaycan və Moldova prezidentlərindən birgə –Bəyanat + FOTO

İyunun 22-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev başçısı bildirib:

"Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar! Bir daha səmimi qəlbdən Moldova nümayəndə heyətini Azərbaycanda salamlamaq istəyirəm.

Prezidentin səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək. Biz bu gün qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və artıq gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdirmişik. Biz gələcəkdə də siyasi əlaqələri möhkəmləndirəcəyik və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik".

“Mən prezident İlham Əliyevi Moldovaya rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub”.

Bunu Azərbaycanda səfərdə olan Moldova prezidenti İqor Dodon mətbuata bəyanatında deyib. Moldova prezidenti ümid etdiyini bildirib ki, Azərbaycan prezidentinin gələn il Moldovaya səfər etməyə imkanı olacaq: “O vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun”.

İqor Dodon Azərbaycan prezidenti ilə görüşdə çox böyük məsələlər blokunu müzakirə etdiklərini deyib:

“Bu mövzuları strukturlaşdırsaq, əsasən üç istiqamət alınacaq. Bunlar – iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı, bu ilin sonunadək keçirilsin.

Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq, biz ikitərəfli iqtisadi münasibətlərimizə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünü təşkil etməyi planlaşdırırıq. Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır.

Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq.

Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy, siyasi partiiyalar da öz aralarında əməkdaşlıq etsinlər”.