XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 12:37

Nazirlik və İpoteka Fondunda yoxlama –Materiallar Milli Məclisə göndərildi

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda  “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda  dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.

Mlumata görə, fikir və təkliflər dinlənildikdən sonra layihənin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Qərar qəbul olunub.

Daha sonra iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar da müzakirə edilib:

– Dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;  

– "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin  nəticələrinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub və həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Strateq.az