XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2017 - 12:47

Zaxarova:“Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Həmsədrlərin bəyanatında o cümlədən Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub”, – deyə, o, vurğulayıb.

Bununla yanaşı M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir.  

Diplomat onu da vurğulayıb ki, Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb.

APA