XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 15:53

“Dövlətə qarşı silahla mübarizə aparmaq olmaz” – YAP-dan açıqlama
 
“Heç bir halda dövlətə qarşı silahla mübarizə aparmaq olmaz. Həmçinin özünü qanundan və hüquqdan da üstün tutmaq düzgün deyil”.  ​
 
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
 
Deputat bildirib ki, qanundan kənar silahlı dəstənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz: “Bu gün zorla hakimiyyəti devirməyə çalışan bir təşkilat üzüvlərinə qarşı əməliyyat aparılıb. Onlar saxlanılarkən polisə atəş açıblar. Bu zaman onlardan 4 nəfər, polisdən isə 2 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfər yaralanıb. ümumiyyətlə, qanundan kənar silahlı dəsətənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz. Hər bir kəs qanun qarşısında bərabərdir. Eyni zamanda qanunun tələblərini yerinə yetirməyə hazırdılarlar”.  
 
Aydın Mirzəzadə qeyd edib ki, hüquq mühafizə orqanlarına qarşı müqavimət göstərilməsi, əllərində olan silahla onlara atəş açılması göstərir ki, orada doğrudan da qeyri-qanuni bir dəstə yaradılıb: “Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq bu işdə günahkar olanları cəzalandıracaq. Eyni zamanda məsələ ilə bağlı cəmiyyətə əlavə məlumat veriləcək”. (AzNews.az)
 
Qeyd edək ki, bu gün Nardaranda əməliyyat keçirilib. Rəsmi məlumata görə, əməliyyat zamanı ikisi polis olmaqla 6 nəfər ölüb, 14 nəfər isə saxlanılıb.