XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 20:20

Ərdoğan Putinə görüş təklif etdi – Ankara Kremldən cavab gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarə insidenti ilə bağlı müzakirə aparmaq üçün rusiyalı həmkarı Vladimir Putinə görüş təklif edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin razılıq verərsə, liderlər noyabrın 30-da BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş Paris konfransında bir araya gələcəklər. 

Konfransda 195 ölkənin təmsilçiləri, həmçinin Avropa Birliyinə üzv dövlətlərin nümayəndələri iştirak edəcək. 

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, konfrans çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin ayrıca görüşü gözlənilmir. 

Ərdoğan onu da qeyd edib ki, ruslara məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra Putinə zəng etsə də, Rusiya prezidenti dəstəyi götürməyib.