XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2015 - 20:43

Türksayağı korrupsiya… – Rusiya bütün «cəbhə» boyu hücuma keçib

Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından sonra Moskva bütün «cəbhə» boyu hücuma keçib.

Rusiya KİV-ləri 2013-cü ildə Türkiyədə yaşanan «Böyük rüşvət əməliyyatı»nı yenidən gündəmə gətiriblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Rusiya 24» kanalı «Türksayağı korrupsiya» başlıqlı reportajında 2 il əvvəlki korrupsiya qalmaqalından bəhs edib.

Foto və videogörüntülərin yer aldığı reportajda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal arasında keçən söhbətin ingilis dilində stenoqramı nümayiş etdirilib.

Həmin söhbətdə Ərdoğanın 17 dekabr əməliyyatının səhəri günü oğluna onda olan pulları sıfırlamaq təlimatı verir.

Rusiyanın ən iri media qurumlarından olan «Russia Today» isə Bilal Ərdoğanın fotosunu yayaraq Türkiyənin İŞİD-lə neft ticarətində əlbir olduğunu iddia edib.