XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 21:45

Naxçıvanda vergilər naziri işdən çıxarıldı, yerinə təyinat oldu –Sərəncam

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Mahmudov Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad olunub.

V. Talıbovun digər sərəncamı ilə Azər Nağıyev Naxçıvan Muxtar Respublikasının vergilər naziri təyin edilib.

A. Nağıyev indiyədək Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb/APA.