Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargahı Qətərlə bağlanmış hərbi müqaviləyə əsasən, sözügedən ölkəyə göndərilən ordu birləşməsi ilə bağlı xüsusi açıqlama yayıb.
Strateq.az xəbər verir ki, açıqlamada bu gün Qətərə 5 zirehli texnika və 23 personalın Dohaya çatdırıldığı bildirilib:
"Bundan sonra da proses qrafikə uyğun davam edəcək".
Strateq.az