XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 İyun 2017 - 12:49

Qırğızıstan Suriyaya ordu göndərir –Rəsmi Bişkek Rusiyanın xəbərini təsdiqlədi

Qırğızıstan sülhməramlı qüvvələrinin Suriyadakı böhranın həllində iştirakla bağlı məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurasında müzakirə edilib.

Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Təhlükəsizlik Şurasının rəhbəri Temir Cumakadırov söyləyib.

O, hələlik Qırğızıstana Suriyaya ordu göndərməklə bağlı rəsmi təklifin gəlmədiyini bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə Qırğızıstan və Qazaxıstan ordularının Suriyaya göndərilməsi üçün danışıqlar aparıldığını bildirib. Qazaxıstan artıq Rusiyanın yaydığı bəyanatı təkzib edib/Axar.az.