XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 08:12

Ərdoğan tanınmış yazarı həbsə atdırdı – «Bu, bizim üçün şərəf ordenidir»

Türkiyənin tanınmış yazarlarından, «Cumhuriyet» qəzetinin baş redaktoru Can Dündar terror, dövlət sirrini yayma və casusluqda ittiham olunaraq həbsə atılıb. Qəzetə qarşı məhkəmə iddiasını prezident Rəcəb Tayyib Ərdoğan qaldırmışdı.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Can Dündar MİT (Milli İstihbarat Təşkilatı) TIR-ları ilə bağlı məşhur araşdırmasına və yaydığı görüntülərə görə cəzalandırılıb. Yazı və görüntülərdə turk TIR-larının Suriyadakı islamçılara silah daşımasından bəhs olunur.  

Məhkəmənin həbs qərarından dərhal sonra açıqlama verən Dündar «üzülməyin, bu, bizim üçün şərəf ordenidir. İçəridə və bayırda mübarizəni davam etdirəcəyik» deyə, bildirib.

Can Dündarla yanaşı, qəzetin Ankara təmsilçisi Ərdəm Gül də eyni ittihamla həbs olunub.

İttihamlar təsdiqini taparsa, yazarlar ömürlük həbsə məhkum olunacaq.