XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 İyun 2017 - 00:02

“Bu dediklərini sübut etməsəniz, alçaq və namussuzsunuz” –Ərdoğandan sərt xəbərdarlıq

"Bu milləti şantajla, təhdidlə, gizli və ya açıq tələlərlə aldatmayacağını görüb başqa yollara əl atanlar gündəm formalaşdırmağa çalışırlar. CHP-nin qrup rəhbəri qeyd edir ki, 3,5 milyard dollar sərvətim var. Özünü icraçı direktor adlandıran biri isə çıxıb "mən namusluyam” deyir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP rəsmisi Özgür Özəlin onun haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib. 

Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna səslənərək bildirib ki, əgər onun haqqında deyilənləri sübut etməsələr, namussuz, alçaqdırlar.

"Bunu bu günə qədər çox söyləmisən. Dəfələrlə məhkəmə qərarı ilə sübut etmişik. İndi isə deyirəm, Kılıçdaroğlu, sənin adamın bu dediklərini sübut etməsə, alçaq və namussuzsunuz. Bu ölkədə 15 ildə 260 min dərslik nəşr edilib. Universitetlərimizin sayı 75-dən 184-ə qədər artıbsa, 25 hava limanı 55 olubsa, bu atdığımız addımlarla bağlıdır. Bu yollardan, bu hava limanlarından sən də istifadə edirsən, bunları görmürsənmi?”.

AzVision.az