XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2017 - 12:28

Azərbaycanın Rusiyadan aldığı ən yeni hərbi texnikalar gətirildi –VİDEO

Azərbaycanla Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək:

"Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq".

Məlumatda bildirilib ki, Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.