XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 10:01

Rusiya təyyarələri Türkiyə sərhəddini vurdu – 5 ölü, 10 yaralı

Türkiyə-Suriya sərhədində növbəti insident yaşanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya təyyarələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Reyhanlı ərazisinə yaxın Maarat əl Numan qəsəbəsinə iki raket zərbəsi endirib.

Suriyanın İdlib şəhərinə bağlı olan, lakin Türkiyə ilə sərhəddin bir addımlığında olan qəsəbənin vurulmasının məlum təyyarə insidenti ilə bağlı Ankaraya cavab olması istisna edilmir. 

Raketlər yaşayış məntəqəsinə düşdüyündən bir neçə binada çökmə olub, insanlar dağıntılar altında qalıblar.

İlkin məlumatlara görə, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Yerli əhali dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olunub.