XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

24 İyun 2017 - 23:04

Qətər ərəb ölkələrinin 13 maddəlik tələbini rədd etdi:"Onlar suverenliyimizi pozmağa çalışırlar”

Qətər 4 ərəb ölkəsinin 13 maddəlik tələb siyahısını rədd edib.

Bununla bağlı Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani açıqlama verib.

O, bu tələblərin reallığa uyğun olmadığını bildirib:

“Qətərin suverenliyini pozmağa və xarici siyasətini asılı vəziyyətə salmağa çalışırlar”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) göndərdiyi birgə siyahıda Türkiyənin Qətərdəki hərbi bazasının da bağlanılması tələb edilirdi/Axar.az.