XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 13:24

Zakir Həsənov göstəriş verdi, Hərbi Hava Qüvvələri hazırlıq səviyyəsinə gətirildi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

Təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi “Osa” 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.