XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 14:16

“Boğaza bir nüvə bombası atmaq yetərlidir…” – Rus deputatdan Türkiyəyə nüvə təhdidi

“İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq yetərlidir”.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

Sensasion bəyanatları ilə tez-tez gündəmə gələn Jirinovski Türkiyəni nüvə raketi ilə hədələyib.

“Qovorit Moskva” (“Danışır Moskva”) radiosuna açıqlama verən rusiyalı deputat deyib ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq: “Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 19 milyon adam yaşayır”.

O deyib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar: “Onlar nüvə alovunda ölmək istəməyəcəklər”.  

Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib.  

Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah qəzəblidirlər: “Onlar nə baş verəcəyini bilmirlər. Onların yerində mən olsaydım, Türkiyəyə sarsıdıcı zərbədən qorxardım”.    

Xatırladaq ki, ötən gün Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov sərhəddi pozduğu üçün vurulan “Su-24” hərbi təyyarəsinin əvəzində Türkiyənin “Ayasofiya” muzeyini istəmişdi. O, Türkiyənin dostyana addım ataraq Ayasofiyanı Ortodoks Kilsəsinə qaytarmasını gözlədiyini demişdi. Onun sözlərinə görə, bu addım İslam dininin və Türkiyənin yüksək siyasi pillədəkilərinin xoş niyyətini göstərə bilər.