XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2017 - 21:40

Belçika məhkəməsi BƏƏ-nin hakim ailəsinin 8 şahzadəsini həbs etdi –İttiham aktı

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hakim ailələrindən olan El Nahyan ailəsinin 8 şahzadəsi haqqında Belçikada 10 il davam edən məhkəmə yekunlaşıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, ittiham aktına əsasən, şahzadələr özləri ilə gətirdikləri Afrika mənşəli 23 qulluqçunu Belçikanın paytaxtı Brüsseldə yerləşən "Konrad" otelində 7 gün fasiləsiz, yəni 24 saat qul kimi işlədib, onlarla insanlığa yaraşmayan hərəkətlər ediblər, bütün haqq və hüquqlarını əllərindən alıblar:

"İttiham aktında şahzadələr eyni zamanda, insan qaçaqmalçılığı ilə də suçlanıblar. Bütün bu ittihamları qəbul etməyən 8 şahzadənin hər biri 15 ay həbs cəzası ilə cəzalandırılıb. Bundan əlavə, məhkəmə onların hər birinə 165 min avro, yəni ümumilikdə 1.3 milyon avro pul cəzası da kəsib".

Məlumata görə, hadisənin 10 il əvvəl baş verdiyini nəzərə alan məhkəmə son qərarında həm həbs, həm də pul cəzasının yarısını ləğv edib. 

Strateq.az