Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşmək təklifini rədd etdiyi bildirilir.
“Reuters” və Qərb mətbuatının məlumatına görə, bunu prezidentin köməkçisi Yuri Uşakov deyib.
O, bunun Ankaranın Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə bağlı olduğunu deyib.
Xatırladaq ki, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində görüşə bilməsi barədə məlumatlar yayılmışdı.
Bu konfrans noyabrın 30-da keçiriləcək. Amma Uşakov deyib ki, Putin bu konfrans çərçivəsində İsrail baş naziri Benjamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcək.
Uşakov bildirib ki, bu görüşlərdə əsasən Suriya və Ukrayna münaqişələri müzakirə olunacaq.
“Azadlıq” radiosu