Türkiyənin Bingöl şəhərində PKK terrorçularına qarşı əməliyyat davam edir.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bingölün dağlıq bölgəsində PKK-çılarla atışmada 2 əsgər ağır yaralanıb:
"Yaralılar dərhal Bingöl Dövlət Xəstəxanasına çatırılıb. Həkimlərin müdaxiləsinə rəğmən, ağır yaralanan əsgərlərdən biri şəhid olub, digərinin müalicəsi isə davam edir".
Məlumata görə, türk əsgərlərinə qəfil hücum edən PKK-çı terroristlərə qarşı bölgədə geniş əməliyyat tədbirləri davam edir. Əməliyyata helikopterlərdə cəlb olunub.
Strateq.az