XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2017 - 15:27

“Hambruqda keçiriləcək G-20 zirvəsində “böyük fırtına” əsəcək” –Alman mediası

İyulun 7-də Almaniyanın Hamburq şəhərində kansler Angela Merkelin sədriliyi ilə dünyanın ən böyük iqtisadi forumu sayılan G20 zirvəsi keçiriləcək.

Strateq.az xəbər verir ki, Almaniya mediası bu zirvədə ciddi qarşıdarumaların olaacğın istiqamətində  silsilə təhlillər verirlər.

Bildirilir ki, toplantıda iqlim dəyişikliyini inkar edən, sərbəst ticarətdən yana olan ölkələrlə Qərb dəyərlərini müdafiə edən ölkələr arasında ciddi çəkişmə gedəcək: "Budəfəki zirvədə iki tərəf arasında sözün həqiq mənasında "böyük fırtına" əsəcək. Yəni iyulun 7-də başlayacaq və 8-də davam edəcək toplantı indiyə qədərki bütün zirvələrdən tamam fərqlənəcək. Dünya liderlərin arasındakı ziddiyyətlər bu toplantıda daha  çılpaq görünəcək".  

Strateq.az