XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 20:57

Rusiyanın qəzəbi soyumur – Türkiyə ilə vizasız rejim ləğv olundu

Bir neçə gün əvvəl Türkiyə-Suriya sərhəddində təyyarəsi vurulan Rusiya rəsmi Ankaraya qəzəbini nümayiş etdirmək üçün bütün mümkün vasitələrə əl atır. 

Strateq.az xəbər verir ki, Rusiya indi də Türkiyə ilə arasındakı vizasız rejimi ləğv etmək barədə qərar qəbul edib.

2010-cu ilin mayında imzalanan, bir il sonra qüvvəyə minən anlaşmaya əsasən iki ölkənin vətəndaşları qarşılıqlı səyahətlər üçün vizasız rejimdən istifadə edirdi.

Anlaşmaya görə, Türkiyə və Rusiya vətəndaşları 30 gündən artıq olmayan səfərlər üçün viza almırdılar. 6 ay ərzində 90 gündən çox olmamaq şərtilə bu hüquqdan istifadə etmək mümkün idi.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov yanvarın 1-dən etibarən anlaşmanın qüvvədən düşəcəyini elan edib. Hələlik anlaşma təktərəfli pozulub.

Türkiyənin eyni addımı atıb-atmayacağı hələ ki, bəlli deyil.