XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 13:10

Aparat rəhbərinin qayınına yeyinti ittihamı – Rəsmi

vidadi-zeynalov-.jpg

Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində vəsaitlərin istifadəsi zamanı dövlət vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələnən bir sıra ciddi nöqsanlara yol verildiyi məlum olub.

Strateq.az xəbər verir ki, bu haqda Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, 2 halda satınalamalar üzrə mövcud qanunvericiliyin tələblərinə əməl edilməyərək satınalma prosedurları keçirilmədən layihə-smeta sənədlərinin hazırlanmasına vəsait xərclənib, tikinti-quraşdırma işlərinin birbaşa müqavilələrlə yerinə yetirilməsinə müvafiq icazənin olmadığı və vəsait ayrılmadığı halda 6 obyekt üzrə satınalma müqavilələri bağlanılıb, podratçıların ixtisas göstəriciləri araşdırılmayıb:

“Eyni zamanda, İcra Hakimiyyəti mövcud normativ aktların tələbləri pozularaq avans təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlərin surəti təqdim edilmədən 6 obyekt üzrə podratçı təşkilata avans ödənilib. ümumilikdə altı obyekt üzrə 13042,1 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, on obyekt üzrə yerinə yetirilməyən 31034 manat məbləğində tikinti işlərinin yerinə yetirilməsi, malların (işlərin, xidmətlərin) satınalınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunması bildirilib”.

Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun qayınıdır.

Ceyhun CƏFƏROV