XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 06:32

Putinin yalanı ifşa olundu – «Der Spiegel» ortaya fakt qoydu

Suriyadakı quru əməliyyatlarında iştirakını inkar edən Rusiyanın bu yalanı növbəti dəfə ifşa olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın tanınmış nəşrlərindən olan «Der Spiegel» Bəşər Əsəd rejiminin Rusiyanın quru qoşunları və artilleriyası tərəfindən də aktiv şəkildə müdafiə olunduğunu yazıb. Yəni dəstək prezident Vladimir Putinin iddia etdiyi kimi, yalnız hava əməliyyatlarında iştirakdan ibarət deyil.

Jurnalın yazdığına görə, Rusiyanın iki hərbiçisi bu yaxınlarda Suriyadakı quru əməliyyatlarında həlak olub və onların hər ikisi noyabrın 12-də Rostovda dəfn edilib.

ölənlər Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadasının xüsusi təyinatlıları olub.
Rusiya isə bu bilgiləri gizli saxlayır və bu barədə ictimaiyyətə heç bir məlumat vermir.