Birləşmiş Ştatlar Türkiyədən Suriya ilə sərhəddi bağlamağı tələb edir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın «Wall Street Journal» qəzeti məlumat yayıb.
ABŞ hökuməti Türkiyədən sərhədin 100 kilometrliyində ordunun tərkibini genişləndirməyi də istəyir: «Sərhəd qapadılmalıdır. çünki beynəlxalq təhdid yaradır. Bu təhdid Suriyadan gəlir və Türkiyə ərazisindən keçir”.
Vaşinqton sərhəddin tam qapadılması üçün nə qədər hərbiçiyə ehtiyac olduğu barədə dəqiq rəqəm açıqlamayıb. Qəzetə danışan Pentaqon rəsmisi bildirib ki, söhbət, təxminən 30 min hərbiçidən gedə bilər.
Sərhəddin möhkəmləndirilməsinə ehtiyac olduğunu Ankara da qəbul edib.