XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2017 - 11:23

Rusiya ilə bağlı məqalə saytdan silindi, CNN üzr istədi, 3 jurnalist istefa verdi –Bəyanat

CNN telekanalı Rusiya ilə bağlı dərc edilən, ardından redaksiya standartlarına uyğunsuzluğuna görə, saytdan silinən materiala görə üzr istəyib.

Bu barədə CNN-in saytında deyilir.

Məlumata görə, araşdırma şöbəsinin icraçı redaktoru Tomas Frenk, araşdırma şöbəsinin redaktoru Erik Liçtblau və bu şöbəyə nəzarət edən Leks Heris istefa verib.

"Məqalənin "CNN.com" saytından silinməsinin ardından CNN materialın dərc ilə əlaqəli əməkdaşlarından istefa ərizələrini qəbul edib" – telekanalının rəsmi nümayəndəsi bildirib.

Telekanal daxilində aparılan araşdırma zamanı məqalənin nəşri zamanı redaksiya prosesi qaydalarına əməl edilmədiyi aşkar edilib. 

Konqresin guya Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) prezident Donald Trampın administrasiyası ilə əlaqələrini araşdırmasından bəhs edən məqalədə bir anonim mənbənin fikirləri yer alıb.

"Belə məsələlər CNN-də bir neçə daxili şöbə tərəfindən yoxlanılır, sonra dərc olunur. Redaksiya prosesindəki nasazlıq CNN rəhbərliyini narahat edib", – telekanaldan bildiriblər.

Qeyd edək ki, iyunun 22-də CNN-in saytında ABŞ prezidentinin biznes ilə əməkdaşlıq üzrə keçmiş müşaviri Entoni Skaramuççinin D.Trampın inauqurasiya mərsimindən cəmi 4 gün öncə RBİF rəhbəri Kirill Dmitriyev ilə görüşü barədə bəhs edən məqalə dərc edilib. Telekanal Konqresin də bu məsələ ilə maraqlandığını qeyd edib.

Amma yekunda CNN Skaramuççidən üzr istəyərək məqaləni saytdan silib/Report.