XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 12:14

Ukrayna xüsusi təyinatlılarının rəhbəri öldürüldü –Maşını partladıldı + FOTO

Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinin avtomobili partladılıb.

“Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 09:15-də Kiyevin Solomensk rayonu ərazisində baş verib.

“Mercedes” markalı avtomobildə baş verən partlayış nəticəsində sürücü ölüb. Bir qədər sonra sürücünün Ukrayna Müdafiə Nazirliyinin əməkdaşı Maksim Şapoval olduğu açıqlanıb.

M. Şapoval Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri imiş.

Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır/APA.

Ukrayna Daxili İşlər Nazirliyi partlayışı terror hadisəsi kimi qiymətləndirib. Qurum partlayışın avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

Strateq.az