XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 09:16

BMT-nin hərbi bazasında terror – Raketlə vurdular

BMT-nin sülhməramlı qüvvələrinin Malidəki bazası raketlə vurulub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, şahidlər bazanın yerləşdiyi ərazidən partlayış və güllə səsləri eşitdiklərini bildiriblər.

Silahlı hücum bu gün səhər saatlarında baş verib. Baza ərazisinə 4-5 raket zərbəsinin endirildiyi deyilir.

Mali polisindən verilən ilkin məlumatlara görə, bir neçə nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib. BMT də insidentlə bağlı açıqlama verməyib.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtında «Əl-Qaidə»yə yaxın silahlı qruplaşma «Radisson Blu» otelində 170 nəfəri girov götürmüşdü. İnsident zamanı 19 nəfər həyatını itirmiş, 7 nəfər yaralanmışdı.