XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 16:06

Prezident İlham Əliyev “Naməlum əsgər” abidəsini ziyarət edib –FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.