XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2017 - 16:41

Senatordan Trampa mesaj:“Körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək”

"Qətərlə bəzi ərəb dövlətləri arasında mövcud böhran həll edilməyənədək ABŞ-ın Körfəz ölkələri İqtisadi Əməkdaşlıq Şurasının üzv dövlətlərə silah satışına icazə verilməyəcək".

Bunu ABŞ Senatının xarici işlər komitəsinin sədri senator Bob Korker ölkəsinin dövlət katibi Reks Tillersona yazdığı məktubda bildirib.

Senator ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə toxunaraq qeyd edib ki, bölgə dövlətləri bu ziyarətdən təhlükəsizlik və əmin-amanlıq üçün istifadə etmədilər: “Təəssüf ki, onlar qarşıdurmanı seçdilər. Bütün ölkələr terrorçuluğa qarşı mübarizədə daha çox iş görməlidir. Ancaq Körfəz ölkələri İqtisadi Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında son zamanlar yaranan anlaşılmazlıqlar terrorçu İŞİD qruplaşması və İrana yönəli fəaliyyətə zərər verir. Bu kimi səbəblərə əsasən, böhran həll edimədən bölgədəki ərəb dövlətlərinə silah satışına icazə təsdiqlənməyəcək”.

Qeyd edək ki, ABŞ bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə 110 milyard, Qətərlə 12 milyard dollarlıq silah və hərbi texnikaya dair müqavilə imzalayaıb. Senatorun elan etdiyi qərarın bu müqavilələrə də təsir edəcəyi gözlənilir/Report.