XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 19:23

Ukraynaya irimiqyaslı kiberhücum –Ölkə iflic vəziyyətinə salındı

Bu gün Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib.

İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir.

İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.

APA