XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2017 - 19:36

Rusiyadan ABŞ-a güc nümayişi: Gerasimov Əsədi hərbi bazada belə qarşıladı –FOTOLAR

Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın Lazkiyə şəhərində yerləşən Xmeymim aviabazasına gedib.

Prezident Bəşər Əsədi Xmeymim aviabazasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qarşılayıb.

Prezident aviabazadakı Rusiya təyyarələri və silahlarına baxıb. Bu, onun Xmeymimə ilk səfəridir.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyadakı terrorçu qruplara hərbi hava əməliyyatlarını təşkil etmək üçün Xmeymim aviabazasından istifadə edir. Xmeymimdə Rusiya hava qüvvələrinin yerləşdirilməsi ilə bağlı Moskva ilə Dəməşq arasında 49 illik müqavilə imzalanıb/Axar.az.