XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2017 - 22:45

AŞPA-da müstəqil qrup yaradıldı –Korrupsiya hallarını araşdırmaq üçün

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

Bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assambleyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir.

Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur/Report.