Məlum təyyarə olayına görə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Ankara ilə Kiyev arasında həmrəyliyi arıtırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Peoples Project»i təmsil edən ukraynalı könüllülər Türkiyənin hərbi qüdrətini nümayiş etdirən möhtəşəm videorolik hazırlayıblar.
Videoda Osmanlı İmperiyasının hərbi marşı fonunda Türkiyənin hava qüvvələrinin təlimlərdə və savaş cəbhəsində məharəti əks olunub.
Buna cavab olaraq Türkiyənin «Hacı Productions» şirkəti də ukraynalı hərbiçilərin gücünü nümayiş etdirən videorolik hazırlayıb.
Türklər videonu «Türkiyə Silahlı Qüvvələrindən ukraynalı dostlara xüsusi minnətdarlıq» başlığı ilə yayıblar.