XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2015 - 11:42

«Bütün səfərlərinizi təxirə salın!» – Türkiyə XİN çağırış etdi

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya bütün səfərlərini təxirə salmağa çağırıb.

Strateq.az xəbər verir ki, nazirlik məlum təyyarə insidentindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarının bir çox çətinliklərlə üzləşdiyini bəyan edib.

Bu səbəbdən XİN tövsiyə edir ki, çox ciddi səbəb yoxdursa, türklər bu ölkəyə səfər etməsinlər. 

Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodara sərgiyə gedən 39 türk iş adamı Rusiya polisi tərəfindən saxlanılmışdı.