XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2017 - 11:29

Qətər ərəb ölkələrinin şərtlərini birdəfəlik rədd etdi:"Qəbuledilməzdir"

Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bir sıra ərəb ölkələrinin terrorçuluğun dəstəklənməsinə son qoyulması ilə bağlı irəli sürdüyü  şərtlərini əsassız adlandırıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.

“Blokadanı həyata keçirən ölkələrin irəli sürdükləri heç də tələb deyil, sadəcə, dəlillərlə təsdiqlənməmiş iddialardır”, – deyə nazir “Əl Cazirə” telekanalına  bildirib.

“Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, – deyə XİN rəhbəri bildirib/APA.